Binali Yıldırım azərbaycanlılara məxsus “Haber Global” kanalında (VİDEO)

Binali Yıldırım azərbaycanlılara məxsus “Haber Global” kanalında (VİDEO)
Video
Video 2716
Türkiyədə bələdiyyə seçkilərində İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədliyini irəli sürən Binali Yıldırım "Haber Global" kanalının qonağı olub. BAKU.WS xəbər verir ki, Azərbaycanın "Global Media” media holdinqinin tərkibində olan “Haber Global” adlı kanalda çıxış edən Binali Yıldırım İstanbulda görüləcək işlərdən, həyata keçirmək istədikləri layihələrdən söz açıb.İstanbula turist axınını artırmaq üçün bir sıra layihələrin həyata keçirilməsinin hədəflədiyini qeyd edən B.Yıldırım bütün sahələrdə inkişaf olması üçün çalışacaqlarını söyləyib. Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Seçkidə 13 siyasi partiya iştirak edəcək. Hakim AKP və Milliyətçi Hərəkat Partiyası "Cümhur İttifaqı" formasında seçkiyə qatılacaq. Ana müxalifət sayılan CHP və digər müxalif partiyalar isə "Millət İttifaqı" birliyi ilə mübarizə aparacaqlar.Qeyd edək ki, “Haber Global” kanalının idarə heyətinin rəhbəri Elnur Abdullayev, baş direktoru Məmməd Gülmməmədovdur. Xəbər kanalı sentyabrın 24-dən etibarən tam gücü ilə yayıma başlayıb.ŞahinBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər