Trampdan Ərdoğanla bağlı gözlənilməz sözlər: "Razılaşmamız var idi, amma..."
21
avq
2018
15:03
"Reuters" agentliyinə müsahibə verən ABŞ prezidenti Donald Tramp Türkiyə ilə bağlı danışıb. BAKU.WS-in məlumatına görə, keşiş Bransonun saxlanılması ilə bağlı heç bir güzəştə getməyəcəklərini deyən Tramp Türkiyənin etdiklərindən çox məyus olduğunu etiraf edib: "Məncə çox böyük bir səhv edirlər. Heç bir şəkildə güzəştə getməyəcəyik. İsrailin əlində olan bir türk vətəndaşın sərbəst qalması təmin edildi. Bunun əvəzində Bransonun sərbəst buraxılması ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanla razılaşmamız var idi".ABŞ, Bransonun azad edilməməsindən sonra iki türk nazirə sanksiya tətbiq edib, eyni zamanda Türkiyədən idxal edilən polad və alüminiuma əlavə vergi tətbiq edilib. Vaşinqtonun atdığı bu addımlar türk lirəsinin dollar qarşısında sürətlə ucuzlaşmasına gətirib çıxardı. Müsahibədə Trampdan Türkiyəyə sanksiyaların tətbiq edilməsinin Avropanın və digər inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına zərər verəcəyi ehtimalı soruşulub. Tramp bu suala cavabında "Mən heç narahat deyiləm, bu, lazımlı qərar idi" deyə bildirib. "Türkiyəni sevirəm. Türk insanlarını çox sevirəm. İndiyə qədər sizin də bildiyiniz kimi prezident ilə yaxşı bir əlaqəm olub. Onunla (Ərdoğan) bir-birimizi yaxşı başa düşürdük. Çox yaxşı əlaqəmiz var idi. Ancaq bu tək istiqamətli bir yol ola bilməz. ABŞ üçün bu, artıq tək tərəfli yol deyil".ŞahinBAKU.WS
Oxşar xəbərlər
Tramp Türkiyəyə "Yox" cavabı verdi - Türkiyəni ancaq keşiş xilas edə bilər
ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Türkiyənin Vaşinqtondakı səfiri ilə görüşüb.BAKU.WS Türkiyə KİV-ə istinad...