ABŞ-dan Türkiyəyə daha bir zərbə – Dollar kəskin bahalaşacaq
10
avq
2018
18:17
Amerika Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.BAKU.WS xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb. Amerika rəhbəri bildirib ki, Türkiyədən idxal edilən polad və alüminiumun gömrük rüsumu qaldırılsın.
Yeni qərara görə, alüminiumun idxalına görə, 50 %, poladın idxalına görə isə 20 % artıq vergi tutulacaq.Qərar imzalandıqdan sonra D.Tramp ABŞ Maliyyə Nazirliyinə qərarın icrası ilə bağlı göstəriş verib.Türkiyə iqtisadçıları isə düşünürlər ki, bu qərardan sonra onsuzda ABŞ dollarına nisbətdə rekord səviyyədə ucuzlaşan Türkiyə lirəsi daha da dəyərdən düşəcək.BAKU.WS
Oxşar xəbərlər
Trampdan ən sərt SANKSİYA: Heç kəs İranla biznes əlaqəsi qura bilməz!
İrana qarşı sanksiyaların bərpa olunmasını şərh edən ABŞ prezidenti Donald Tramp bildirib ki, heç kəs eyni zamanda Vaşinqtonla və Tehranla biznes apara bilməz.B...