Avtomobillər bahalaşa bilər
24
may
2018
15:32
ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olunan avtomobillərin və onların ehtiyat hissələrinin iqtisadi təhlükəsizliyə təsirinin araşdırılmasına göstəriş verib.BAKU.WS xəbər verir ki, o, bu məsələni ABŞ-ın ticarət naziri Vilbur Rossa həvalə edib.“Ticarət naziri Vilbur Ross ilə avtomobil sənayemizin son vəziyyəti müzakirə etdik. Ona ABŞ-a idxal olunan avtomobillərin və onların ehtiyat hissələrinin iqtisadi təhlükəsizliyinə necə təsir etdiyinin incələnməsi tapşırığını verdim”, - deyə dövlət başçısı qeyd edib.“Report”un analitik qrupu hesab edir ki, bu araşdırmanın yekununda ABŞ avtomobil idxalına təxminən 25% rüsum tətbiq edə bilər. Bu baş versə, D.Tramp Kanada, Meksika, Çin, Cənubi Koreya və Avropa İttifaqı ilə bağlı ticarət münasibələrinə dair apardığı müzakirələrdə əlavə üstünlük qazanacaq. BAKU.WS
Oxşar xəbərlər
Tramp mayın sonuna qədər Kim Çen Inla görüşəcək
ABŞ prezidenti Donald Tramp may ayının sonuna kimi Şimali Koreya lideri Kim Çen Inla görüşmək niyyətini təsdiqləyib. ABC telekanalı xəbər verir ki, bu barədə Tr...