Trampdan ən sərt SANKSİYA: Heç kəs İranla biznes əlaqəsi qura bilməz!
07
avq
2018
15:22
İrana qarşı sanksiyaların bərpa olunmasını şərh edən ABŞ prezidenti Donald Tramp bildirib ki, heç kəs eyni zamanda Vaşinqtonla və Tehranla biznes apara bilməz.BAKU.WS xəbər verir ki, Tramp bu bəyanatı Tvitter səhifəsində yazıb:“İrana qarşı sanksiyalar rəsmi olaraq tətbiq edilib. İndiyə kimi tətbiq edilmiş sanksiyalardan fərqli olaraq, daha çox zərər verəcək bu sanksiyalar noyabrda daha yeni səviyyəyə qaldırılacaq. İranla biznes əlaqəsi quranlar ABŞ-la əməkdaşlıq edə bilməyəcək. Mən bütün dünyada sülh istəyirəm, başqa heç nə. İran sanksiyaları rəsmi olaraq tətbiq olundu. Bu, indiyə qədər verilən ən sərt sanksiyadır. Noyabrda onlar daha da gücləndiriləcək. Mən bütün dünya üçün ancaq sülh istəyirəm, başqa heç nə”. Tramp, həmçinin bəyan edib ki, İranla biznes əlaqələri quranlar ABŞ-la bizneslə məşğul olmaq imkanına sahib ola bilməyəcək.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Tramp İranla bağlı qərarını verdi
ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxmasını bəyan etmək niyyətin...