Trampa görə Azərbaycana dollar axını artır
08
may
2018
16:38
ABŞ prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə axşam saat 9.00 radələrində İrana dair kritik qərarını açıqlamağa hazırlaşır. Virtualaz.org xəbər verir ki, Tramp İranla “altılar” qrupu arasında imzalanmış nüvə sazişindən çıxacağını elan edəcək və Tehrana qarşı yeni sanksiyalar barədə qərar verəcək.“Mən İran nüvə sövdələşməsinə dair qərarımı mayın 8-də saat 2.00-də elan edəcəyəm”-Tramp Tvitter-də yazıb.Bundan əvvəl Tramp keçmiş dövlət katibi Con Kerrini ABŞ-ın sazişdən çıxmasını əngəlləməyə çalışdığına görə sərt tənqid edib. Onun səylərinin “qanunsuz olduğunu” bildirib və Kerrini “bütün bu bardakın günahkarı” adlandırıb.“The New York Times” qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır ki, Trampı İranla nüvə sazişindən çıxmaqdan çəkindirməyə çalışan avropalı diplomatların səyləri iflasa uğrayıb. Qəzet prezidentin bu gün sazişdən çıxmağı elan edəcəyini yazır. Tramp bu qərarı verməzdən əvvəl Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə məsləhətləşmələr aparıb. Onlar ABŞ-ın sazişdən çıxmasının əleyhinə olublar. Qəzetin yazdığına görə Tramp İrana qarşı sanksiyaları da bərpa edəcək, amma bu qərarın müttəfiq ölkələrin İranla biznes qurmuş şirkətlərinə aid olacağı hələ məlum deyil. Texniki olaraq İrana qarşı sanksiyaların bərpası üçün 120-180 gün vaxt lazım gələcək.ABŞ prezidentinin neçə vaxtdır İranla nüvə sazişindən çıxıb bu ölkəyə sanksiyalar tətbiq edəcəyi barədə gözləntilərin nəticəsi olaraq dünya birjalarında neftin qiyməti durmadan artmaqdadır. Analitiklərə görə neftin indiki bahalaşmasının yeganə səbəbi geosiyasi risklərin artmasıdır, çünki dünya bazarlarında neft qıtlığı hökm sürmür, bazara tələbatdan artıq neft çıxarılır. Hazırda “Brent” markalı neftin qiyməti 77 dollara yaxınlaşır. Neftin bu cür kəskin bahalaşması şübhəsiz ki, digər neft ölkələri kimi Azərbaycanın da valyuta gəlirlərinin kəskin artması ilə müşaiyət olunur.BAKU.WS
Oxşar xəbərlər
Tramp Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak etməyəcək
Ağ Ev Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb. Məlumata əsasən, ümayəndə heyətinin tərkibində ABŞ prezidenti D...