Trampdan şok İran bəyanatı: Tehran Vaşinqtonu müharibə ilə hədələdi
14
okt
2017
10:18
ABŞ prezidenti Donald Tramp İranı terrorçuları dəstəkləməkdə ittiham edərək bu ölkənin İslam İnqilabı Keçikçiləri Korpusunu (SEPAH) terror təşkilatı siyahısına salınacağını bəyan edib.BAKU.WS-in məlumatına görə, Tramp İrana qarşı yeni dövlət strategiyasının tətbiq ediləcəyini bəyan edib.“İran Suriyadakı diktatoru silahlandırır, bölgədə yaşayan mülkiləri qətlə yetirən terrorçuları raketlərlə təmin edir. Hələlik SEPAH-a qarşı ciddi sanksiyalar tətbiq edirik. Bir daha bəyan edirəm SEPAH terror təşkilatı siyahısına salınacaq”, - deyə Tramp bəyan edib.İran prezidenti Həsən Ruhani amerikalı həmkarının xüsusi bəyanatını şərh edərkən bildirib ki, Trampın çıxışı İran xalqının ünvanına səsləndirilən təhqir və böhtanlardan ibarət idi.İran Ordusunun generalı İsmayıl Qəni isə daha sərt bəyanat verib: “Biz Tramp kimilərini çox basdırmışıq. ABŞ-la necə müharibə aparılmasını çox yaxşı bilirik.”İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi İran İslam İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) ABŞ tərəfindən terror təşkilatı siyahısına salınmasının ölkəsinə qarşı müharibə elanı mənasına gələcəyini deyib.Londonda səfərdə olan Əli Əkbər Salehi jurnalistlərin suallarını cavablandırıb.Salehi deyib ki, SEPAH ABŞ prezidenti Donald Tramp hökuməti tərəfindən terror təşkilatı siyahısına salınsa, bunu müharibə elanı hesab edəcəyik. Bu, ABŞ-ın İran xalqına qarşı düşmənçilik davranışının bir hissəsi olacaq.Əli Əkbər Salehi bildirib ki, İran, ABŞ-ın bu məsələdə tutacağı mövqeyinə uyğun qərarlar qəbul edəcək.BAKU.WS
Oxşar xəbərlər
Trampdan İrana ağır ZƏRBƏ: SEPAH-la bağlı qərara verildi
Amerika prezidenti Donald Tramp İranla bağlı startegiyasını açıqlayıb. BAKU.WS xəbər veirr ki, İran İslam Respublikasını terrora dəstək verməkdə ittiham edən T...