ABŞ Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb
13
okt
2017
17:30
Türkiyəli jurnalist-yazıçı Nevzat Çiçək müdhiş iddia səsləndirib.BAKU.WS-in sputnik-ə istinadən verdiyi məlumata görə, "CNN Türk"də "Gecə görüşü" verilişinə qatılan Nevzat Çiçək, ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməyə hazırlaşdığını iddia edib.Onun sözlərinə görə, viza qalmaqalının ardınca, Vaşinqton 283 nəfər türkiyəli siyasətçi və iş adamına ölkəyə giriş qadağası qoyacaq. Çiçək, hökumətdəki etibarlı mənbəyə istinad edərək bildirib ki, Tramp administrasiyası, ilkin olaraq 15 nəfəri əhatə edən və getdikcə genişlənmiş bir sanksiya siyahısı hazırlayıb."Bu rəqəm hazırda 283 nəfərə çatıb. Siyahıda mövcud və keçmiş nazirlər, diplomatlar və iş adamları yer alır" — Çiçək vurğulayıb.Qeyd edək ki, ABŞ Rusiya, İran, Şimali Koreya kimi bir çox ölkələrin iş adamları və siyasətçilərinə, uzun zamandır ölkəyə giriş qadağası tətbiq edir. Ölkəyə giriş qadağası ABŞ-ın yumşaq sanksiya sistemi olaraq tanınır. Bu adamların əlaqəli olduqları şirkətlərə də sanksiya tətbiq olunur.BAKU.WS
Oxşar xəbərlər
Tramp bu ölkələrə qarşı sərt addım atdı: Siyahıda Azərbaycan varmı?
ABŞ prezidenti Donald Tramp 8 ölkənin vətəndaşlarının Birləşmiş Ştatlara daxil olmasını məhdudlaşdıran immiqrasiya haqqında qanun imzalayıb.BAKU.WS-in məlumatın...