"Telegram"ın təsisçisi Fransada saxlanılıb, onu 20 ilə qədər həbs gözləyir
                            
                                25
                                avq
                            
                                2024
                                09:02
                            
                            "Telegram"ın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb.
Bu barədə Fransanın LCI telekanalı məlumat yayıb.
39 yaşlı sahibkarı mühafizəçisi və bir qadın müşayiət edib.
Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər. Onu 20 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.
Oxşar xəbərlər
Sabahdan “Telegram” bu istifadəçilərinə ÖDƏNİŞ EDƏCƏK
Gələn aydan etibarən “Telegram” kanalı sahiblərinə işlərinin qarşılığında pul ödənilməyə başlanılacaq. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə...