Tanınmış kriminal avtoritet etirazçılar arasında - VİDEO
Kriminal aləmdə “Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumageldiyev Qazaxıstana uçaraq etirazçılardan təxribatçılara qulaq asmamağı, soyğunçuluq və iğtişaşları dayandırmağı xahiş edib.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, o, bu barədə Almatı küçələrində çıxışında bildirib.
“Arman Dikiy” insanları dinc aksiyalara çağırıb.
Onun sözlərinə görə, iğtişaşlar zamanı insanlar ölür, talançılar iş başına keçir, lakin qazax etirazçılar hakimiyyətə öz tələb və iddialarını bildirmirlər.
O qeyd edib ki, etirazçılar arasında araq və narkotik paylayan təxribatçılar var, küçələrdə insanlar qumbaraatan və odlu silahlarla silahlanıb:
“Bu mitinqdir? Bu xaos, anarxiyadır!”
Xatırladaq ki, Arman Cumageldiyev hazırda Türkiyədə yaşayır. O, avqustun 20-də Antalyada güllələnən “Lotu Quli” ləqəbli avtoritet Nadir Səlifovun ən yaxın dostlarından sayılırdı.
Oxşar xəbərlər
Killer Mətləb Sultanov “Gəncəli Alberti”i düz bir il izləyib, sifarişçidən əmr gözləyib - TƏFƏRRÜATLAR
Aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən “Al Yelkən” elit yaşayış kompleksinin fitnes zalında “Albert Rıjiy” (“Kürən Albert”), “Alik Gəncinski” ləqəb...