Tanınmış aktyorun 94 yaşlı musiqiçi atası vəfat etdi - FOTO

27
may
2023
14:05
Məşhur aktyor Spayk Liyə (Şelton Cekson Spayk Li) ağır itki üz verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onun 94 yaşlı musiqiçi atası Bill Li dünyasını dəyişib.
Bu barədə Spayk sosial şəbəkə hesabında bildirib.
O, "Bill Li 94 yaşında vəfat etdi", - sözlərini yazıb.
Aktyorun atasının hansı səbəbdən vəfat etdiyi isə hələ ki, açıqlanmayıb.
Bill Li oğlu Spayk Linin çəkildiyi "She's Gotta Have It", "School Daze", "Do The Right Thing" və "Mo Better Blues" kimi ekran işlərinin musiqilərinin müəllifidir.

Oxşar xəbərlər
Səhhətində heç bir problem olmayan aktyor qəfil vəfat etdi - FOTO
"John Wick" və "Fringe" kimi ekran işləri ilə tanınan aktyor Lens Reddik vəfat edib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı aktyor səhər saatl...
