Tacikistanın Baş naziri Zəfər parkını ziyarət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzoda Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib.
BAKU.WS xəbər verir ki, Ümummilli Liderin abidəsi önünə əklil qoyulub, gül dəstələri düzülüb, xatirəsinə ehtiram ifadə olunub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət edilib.
*** 10:30
Tacikistanın Baş naziri Koxir Rasulzoda sentyabrın 24-də Bakıda Zəfər parkını ziyarət edib.
BAKU.WS xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.
Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Qalereya
Oxşar xəbərlər
Zakir Həsənov helikopter qəzasına görə Yaşar Gülərə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib. Bu barədə BAKU.WS-ə Müda...