İsveçrədə meymun çiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb
22
may
2022
15:00
İsveçrənin Bern kantonunda meymun çiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.
BAKU.WS xəbər verir ki, ev şəraitində təcrid olunan pasiyentin son günlər ünsiyyətdə olduğu insanlar müəyyənləşdirilir.
Bern kantonunun Səhiyyə, Sosial və İnteqrasiya üzrə Direktorluğunun məlumatına əsasən, xarici ölkələrdən birində virus daşıyıcısı ilə təmasda olan şəxs hazırda ambulator müalicə alır və vəziyyəti sabitdir.
İsveçrə Federal Səhiyyə İdarəsi mümkün yoluxma halları ilə bağlı tədbirlər görüləcəyini elan edib.
Oxşar xəbərlər
"Meymun çiçəyi" daha bir ölkəyə çatdı
İsveçrədə ilk "meymun çiçəyi" xəstəliyi aşkarlanıb. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, ölkənin Federal Səhiyyə Departamenti bildirib ki, insanda ilk yo...