Dünyanın ən bahalı şəhərləri: Siyahıda Bakının da adı var - FOTO
"Numbeo" statistika resursu dünyanın ən bahalı şəhərlərinin reytinqini hazırlayıb.
BAKU.WS xəbər verir ki, yanvar ayı üçün yaşayış dəyəri indeksi nəzərə alınaraq hazırlanan siyahıda Sürix şəhəri ilk yerdə göstərilib.
İlk beşlikdəki bütün yerlər İsveçrə şəhərləri bölüşdürüb - Sürix, Bazel, Lozanna, Cenevrə və Bern.
İlk onluğa həmçinin Stavanger, Oslo və Trondheim (hamısı - Norveç), Reykyavik (İslandiya) və Bergen (Norveç) daxildir.
Azərbaycanın paytaxtı Bakı siyahıda 390-cı yerdə qərarlaşıb. Rusiyanın paytaxtı Moskva 251, Türkiyənin paytaxtı Ankara isə 362 yerdə göstərilib.,
Siyahıya ümumilikdə 440 şəhər daxil edilib. Xidmətin veb saytında göstərildiyi kimi, "yaşayış dəyəri" mağazalarda və restoranlarda qiymətlər, nəqliyyat tarifləri, kommunal xidmətlər və yerli əhalinin alıcılıq qabiliyyəti əsasında hesablanır.
Sürix - İsveçrə
Bazel - İsveçrə
Lozanna - İsveçrə
Cenevrə - İsveçrə
Bern - İsveçrə
Stavanger - Norveç
Oslo - Norveç
Trondheym - Norveç
Reykyavik - İslandiya
Bergen - Norveç
Oxşar xəbərlər
Ötən il ən çox bu smartfonlar saxtalaşdırılıb
Çinin “Master Lu” saytında 2019-cu ildə saxta qurğu istehsalçıları arasında ən çox tələb olunan smartfoların reytinqi dərc edilib. BAKU.WS “ICTnews”a istinadən...