Ən xoşbəxt və bədbəxt ölkələrin adları – Siyahıda Azərbaycan da var
20
mar
2019
14:36
Skandinaviya və ətraf ölkələrdə insanlar özünü çox xoşbəxt hiss edir. BMT-nin sifarişi ilə hazırlanan “World Happiness Report” da bunu deyir.BAKU.WS bizimyol.info-ya istinadən xəbər verir ki, hesabata görə, özünü ən çox xoşbəxt Finlandiyada hiss edirlər. Finləri norveçlilər, danimarkalılar və islandlar izləyir.Ümumiyyətlə, hesabatda 156 ölkənin adı yer alıb. Axırıncı pillədə Burundi qərarlaşıb.Azərbaycan sıralamada 87-ci yerdədir. Postsovet məkanında Qırğızıstanı (92), Gürcüstanı (128), Ermənistanı (129) və Ukraynanı (138) geridə qoyuruq. Özbəkistan (44), Litva (50), Latviya (53), Rusiya (59), Qazaxıstan (60), Estoniya (63), Moldova (67), Türkmənistan (68), Belarus (73), Tacikistan (80) daha yaxşı mövqedədir.Hesabatı hazarlayarkən ölkədə ÜDM-nin adambaşına düşən payını, orta ömür müddətini, sosial şərtləri, həyat seçimi azadlığını, korrupsiyanın səviyyəsi və bir çox başqa amilləri nəzərə alıblar.Ən xoşbəxt 15 ölkə:Finlandiya (7.632)Norveç (7.594)Danimarka (7.555)İslandiya (7.495)İsveçrə (7.487)Niderland (7.441)Kanada (7.328)Yeni Zelandiya (7.324)İsveç (7.314)Avstraliya (7.272)İsrail (7.190)Avstriya (7.139)Kosta Rika (7.072)İrlandiya (6.977)Almaniya (6.965)Ən “bədbəxt” 15 ölkə:Anqola (3.795)Madaqaskar (3.774)Zimbabve (3.692)Əfqanıstan (3.632)Botsvana (3.590)Malavi (3.587)Haiti (3.582)Liberiya (3.495)Suriya (3.462)Ruanda (3.408)Yəmən (3.355)Tanzaniya (3.303)Cənubi Sudan (3.254)MAR (3.083)Burundi (2.905)BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda futbolçuların orta illik əmək haqqı açıqlanıb - SİYAHI
Azərbaycan Premyer Liqasında futbolçuların orta illik əmək haqqının məbləği açıqlanıb.“Report” xəbər verir ki, “Sporting Intelligence”nin hesablamalarına əsasən...