Azərbaycan Ordusu "dünyanın ən yaxşı orduları" arasında (SİYAHI)
Davosda başlayan Dünya İqtisadi Forumunda bu il 60 ölkəni əhatə edən "Dünyanın Ən Yaxşı Ölkələri" hesabatı damğasını vurub.
BAKU.WS-in məlumatına görə, siyahıda Rusiya 24-cü, Türkiyə isə 30-cu pillədə qərarlaşıb. "US News & World Report, WPP s BAV Consulting" və Pensilvanya Universiteti tərəfindən həyata keçirilən ortaq layihənin nəticəsinə görə, Almaniya dünyanın "1 nömrəli" ölkəsi olub. Siyahıda ikinci Kanada, üçüncü Böyük Britaniya olub.
Daha sonra ilk 10-da bu ölkələr sıralanır: ABŞ, İsveç, Avstraliya, Yaponiya, Fransa, Hollandiya, Danimarka. Araşdırmada 60 ölkə üçün həyat səviyyəsi, iqtisadi rəqabət tutumu, uşaq yetişdirmə mühiti, iş qurma şərtləri, vətəndaşlıq əldə etmə imkanı, "yaşıl həyat" infrastrukturu, siyasi mühit daxil olmaqla 24 fərqli meyar nəzərə alınıb.
Araşdırmada statistik məlumatlarla yanaşı, 16 min 200 iş adamı, elit və sadə vətəndaşın fikri öyrənilib. Hansı ölkənin ən müasir (İsveç), hansının qadınların həyatı üçün ən ideal (Danimarka), hansının uşaq üçün ən uyğun (İsveç), ən yaşıl həyata uyğun (İsveç) olduğu araşdırılıb.
Araşdırmada Azərbaycan "Ən Güclü Ordular" siyahısında yer alıb. Ordumuz dünyanın ən güclü orduları siyahısında 38-ci, "Dünyanın Ən Yaxşı Ölkələri" siyahısında isə 53-cü pillədə qərarlaşıb. "Ən Güclü Ordular" siyahısında ilk üç pillədə ABŞ, Rusiya və Çin qərarlaşıb.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dünyanın ən "güclü" pasportları (SİYAHI)
ABŞ-ın "Arton Capital" konsaltinq şirkəti Beynəlxalq Hava Nəqliyyatı Agentliyi və digər mənbələrdəki məlumata əsaslanaraq, dünyanın ən güclü pasportlarının reyt...