Dünyanın ən bədbəxt ölkəsi - SİYAHI
"Bloomberg" agentliyi dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələrinin siyahısını tərtib edib.
Trend-in məlumatına görə, "Misery" indeksi adı ilə tanınan reytinq inflyasiya və işsizliyin səviyyəsi əsasında ölkələrin rifah halını müəyyənləşdirir.
Bu ilin araşdırmalarına əsasən, dünyanın iqtisadi cəhətdən ən bədbəxt ölkəsi Venesuela seçilib. Venesuela ikinci ildir ki, siyahıda 70 ölkə sırasında ən müvəffəqiyyətsiz ölkə kimi qeyd olunur. Belə ki, Venesuelada inflyasiya səviyyəsi 180%-ə çatır.
Siyahının sonuncusu, yəni sosial-iqtisadi göstəricilərinə görə "ən xoşbəxt" ölkə isə Sinqapurdur. Burada işsizlik səviyyəsi 1,4% azalaraq 1,9% təşkil edir, inflyasiya göstəricisi isə dünyada ən aşağı həddədir.
BAKU.WS
Oxşar xəbərlər
ABŞ-dan bütün dünyanın gözlədiyi dollar qərarı
Federal Ehtiyatlar Sistemi istisna etmir ki, uçot dərəcəsi bir müddət dəyişməz olaraq 0,25-0,5% səviyyəsində qalacaq. APA-Economicsin məlumatına görə, bu barəd...