"Meymun çiçəyi" daha bir ölkəyə çatdı

Meymun çiçəyi daha bir ölkəyə çatdı
Siyasət 1524

İsveçrədə ilk "meymun çiçəyi" xəstəliyi aşkarlanıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, ölkənin Federal Səhiyyə Departamenti bildirib ki, insanda ilk yoluxma halı Bern kantonunda qeydə alınıb.

Bildilrib ki, xəstəlk adətən yüngül formada keçir. Lakin müvafiq simptomları olan insanlara dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 11 ölkədə meymun çiçəyi xəstəliyinə 80 insanın yoluxma faktının təsdiqləndiyini, daha 50 faktın araşdırıldığını bildirib.

İndiyədək Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya, Niderland və İspaniya da daxil olmaqla bir sıra ölkələrdə yoluxma halları müəyyən edilib.

Son xəbərlər