İsveçrə Azərbaycana səyahət məhdudiyyəti tətbiq edib
İsveçrə federal hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq üçün 29 ölkəyə səyahət məhdudiyyəti tətbiq edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, siyahıya pandemiyanın tüğyan etdiyi ABŞ, Braziliya, Rusiya və İsveç kimi ölkələrlə yanaşı Azərbaycan, Ermənistan, Səudiyyə Ərəbistanı, Qətər də daxil edilib.
Bundan başqa, həmin ölkələrə tətilə gedən-qayıtmış İsveçrə vətəndaşlarına qarşı 10 günlük karantin rejimi tətbiq olunacaq. Federal hökumətin açıqlamasına görə, iyunun ortalarından bəri İsveçrədə koronavirusa yoluxmalar yenidən artmağa başlayıb. Artımın əsas səbəbi Şengen bölgəsi və digər ölkələrdən İsveçrəyə daxil olan insanlarda yoluxma hallarının çox olmasıdır. İyulun 6-dan səyahət məhdudiyyətinin tətbiq edilmədiyi ölkələrdən daxil olan şəxslər də 10 günlük karantinə alınacaq.
Oxşar xəbərlər
Koronavirusun ən çox yayıldığı ölkələr açıqlandı - SİYAHI
Dünyada 266 073 nəfər koronavirusa yoluxub və indiyədək 11 184 ölüm faktı qeydə alınıb. BAKU.WS “TASS”-a istinadən xəbər verir ki, Göstərilən statistikaya görə,...