Sunak və Trass Britaniyada baş nazir postu uğrunda mübarizə aparacaq

Sunak və Trass Britaniyada baş nazir postu uğrunda mübarizə aparacaq
Siyasət 74

Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trass Mühafizəkarlar Partiyasının rəhbəri və Böyük Britaniyanın baş naziri postu uğrunda mübarizə aparacaq.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Sunak və Trass müvafiq olaraq 137 və 113 səs toplayıb. Beynəlxalq Ticarət Katibinin müşaviri Penny Mordaunt səsvermənin son turunda sonuncu olub və 105 səslə mübarizədən kənarlaşıb.

Son xəbərlər