SOCAR istismardan çıxarılmış quyuların konservasiyası üzrə layihə həyata keçirir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sovet dövrünə aid, istismardan çıxarılmış quyuların ləğvi və konservasiyası üzrə layihə həyata keçirir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidentinin enerji keçidi, ətraf mühit və dekarbonizasiya məsələləri üzrə müavini Hikmət Abdullayev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
Onun sözlərinə görə, proqram minlərlə quyunu əhatə edir: "Bu obyektlərin bir hissəsinin ətrafındakı infrastruktur dağılıb, bunun nəticəsində onlara çıxış ciddi şəkildə məhdudlaşıb. Digər quyularda işlərin aparılması texniki baxımdan daha asandır və SOCAR artıq bu istiqamətdə fəaliyyət göstərir".
H.Abdullayev qeyd edib ki, prosesə ilkin tədqiqatların aparılması, məlumatların toplanması, müvafiq icazələrin alınması və sonrakı monitorinq daxildir.
SOCAR nümayəndəsi qeyd edib ki, əlçatan və texniki cəhətdən mürəkkəb olmayan obyektlərdə işlər bütün dövlət icazələri alındıqdan sonra təxminən bir ay vaxt aparır: "Daha mürəkkəb hallarda proses bir ilə qədər vaxt apara bilər, çünki çatışmayan avadanlığın idxalına, daha ətraflı qiymətləndirmələrə və heyətsiz sualtı aparatların (ROV) cəlb edilməsi ilə sualtı tədqiqatların aparılmasına zərurət yaranır".
Oxşar xəbərlər
Azərbaycanda 3 milyon kvadratmetrdən çox tikinti sahəsi investisiyalar üçün hazırlanıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi indiyədək 3,2 milyon kvadratmetrdən çox tikinti sahəsini investisiyalar üçün hazırlayıb. BAKU.WS report-a istinadən xə...