Serj Sərkisyan: “İlham Əliyev əmin etdi ki...”
Xəbər verildiyimiz kimi Ermənistan prezidenti Serj Sərkisyan Vyanadan qayıdarkən təyyarədə onu müşayiət edən jurnalistlərə Avstriya paytaxtında keçirilən Qarabağ müzakirələri barədə bəzi açıqlamalar verib.
"Hər bir tərəf görüşə yollananda öz marağını güdür. Aydındır ki, Minsk Qrupu həmsədrlərinin öz hədəfləri olub, Azərbaycan tərəfinin öz hədəfi, bizim də öz hədəfimiz”-Sərkisyan bildirib.
"Bizim məqsədimiz ondan ibarət idi ki, bunu aydınlaşdıraq: doğrudanmı danışıqlar dalana dirənib və döyüşməkdən başqa yol yoxdur, yaxud biz problemləri daha az itkilərlə həll edə bilərik?”-Sərkisyan əlavə edib. Ermənistan prezidenti deyib ki, o və həmkarları əsasən görüşün nəticələrindən razı qalıb.
"Təfərrüatlara toxunmağa ehtiyac yoxdur. Lakin bununla belə Azərbaycan prezidenti əmin etdi ki, nə onun ölkəsi, nə şəxsən özü hansısa problemin hərbi yolla həllini qarşıya məqsəd qoymayıb”-Sərkisyan bildirib.
"Siz gözəl başa düşürsünüz və hesab edirəm ki, mənim reaksiyamı hiss edə bilirsiniz. Bu əlbəttə, yaxşıdır, ancaq az inandırıcıdır. Çünki belə söhbətlər dəfələrlə səslənib, reallıqda isə onlara əməl olunmur. Ancaq bizim təkcə proqnozlara və təxminlərə əsaslanmaq haqqımız da yoxdur, çünki müharibə ən yaxşı həll yolu deyil. Baxaq görək hadisələr necə cərəyan edəcək. Hər halda biz istənilən varianta hazırıq, əlbəttə, istərdik ki, bu sülh variantı olsun”-Sərkisyan deyib.
Azərbaycan tərəfi hələlik Vyana görüşünün yekunlarını geniş şərh etmir.
Virtualaz.org
BAKU.WSOxşar xəbərlər
Ter-Petrosyan Dağlıq Qarabağa niyə gəlib?
"Levon Ter-Petrosyan hazırki prezident Serj Sərkisyanla müvəqqəti ittifaqdadır. Bu ittifaq hər ikisi üçün taktiki xarakter daşıyır”. BAKU.WS xəbər verir ki,...