Sarkisyan Putinin təşəbbüsünü rədd etdi, müharibəni seçdi
Bu gecə cəbhədə baş verənlər,işğalçı qüvvələrin ordumuzun mövqelərinə tankların da dəstəyi ilə hücuma keçmək cəhdi Ermənistan prezidenti Serj Sərkisyanın Rusiya prezidenti Vladimir Putinin danışıqların tezliklə başlaması və nəticə əldə olunmasına dair başlatdığı təşəbbüsü rədd etdiyini göstərir.
Virtualaz.org xəbər verir ki, bu həmlə Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarənin İrəvanı tərk etməsindən cəmi bir gün sonra edilib. Hansı ki, Lavrov Ermənistan prezidentini işğal edilmiş 5 rayonun dərhal boşaldılmasını özündə əks etdirən plan üzrə danışıqlara başlamağı israrla çağırıb. Rusiya mənbələrinin xəbər verdiyi kimi gərgin keçən danışıqlarda Ermənistan rəhbərliyinə ciddi təzyiqlər edilib.
Bəs Sərkisyanın reaksiyası necə oldu? Ermənistan prezidentinin həm Lavrovun səfəri zamanı, həm ondan sonra səslənən bəyanatlarına əsasən onun danışıqlara başlamağa, konstruktiv davranmağa meyli olduğunu göstərən heç bir əlamət yoxdur. Sərkisyan deyir ki, guya o, əvvəllər münaqişənin kompromislər yolu ilə həllinə çalışıb. Ancaq aprelin əvvəllərində gedən döyüş əməliyyatlarından sonra vəziyyət dəyişib və hazırda onun dediyi kimi "tamam başqa situasiyadır”. Sərkisyana görə bu baş verənlər danışıqlar prosesini çox-çox geriyə, "bir kənara” atıb.
Başqa situasiya nə deməkdir? Sərkisyan onu demək istəyir ki, indi o, ümumiyyətlə danışıqlardan imtina edir, "bir qarış da olsun torpaq qaytarmamaq” prinsipinə keçir və Rusiya prezidentinin təcili danışıqlara başlayıb nəticə əldə etmək səylərinə dəstək vermir.
Ermənistanın onsuz da indiyə qədər danışıqlar aparmadığı, danışıqların imitasiyası və status-kvonu qoruyub saxlamaqla məşğul olduğu bəlli idi. İndi isə o, ümumiyyətlə danışıqlar masası arxasına keçməkdən imtina edir. Sərkisyanın bəyanatları və onun ordusunun təmas xəttində törətdikləri buna sübutdur.
Belə vəziyyətdə Azərbaycan nə etməlidir? Bir tərəfdən Sərkisyanın indiki aqressiv davranışları Azərbaycanın nə dərəcədə haqlı olduğunu təsdiq edir. Putinin danışıqları bərpa etmək səylərinə zərbə vuran məhz Sərkisyandır. Azərbaycan Rusiyanın təşəbbüsünə müsbət reaksiya verib, danışıqlara başlamağa hazır olduğunu bildirib və məhz Putinin müraciəti əsasında hərbi əməliyyatların dayandırılmasına razılaşıb. Eyni zamanda Azərbaycan rəhbərliyi bəyan edib ki, əgər Ermənistan hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanı pozsa, danışıqların imitasiyası ilə məşğul olsa və təcavüzkar mövqeyini dəyişdirməsə o zaman silahlı qüvvələrimiz işğal altındakı torpaqları güc yolu ilə geri almaq hüququnu özündə saxlayır.
Əgər düşmən təmas xəttində vəziyyəti gərginləşdirməkdə davam etsə şübhəsiz ki, Azərbaycan ordusu onu geri oturtmaq üçün yeni sarsıdıcı zərbələr vuracaq. Və bu zaman yaranmış vəziyyətə görə Sərkisyan və komandası məsuliyyət daşıyacaq. Belə görünür ki, Rusiya prezidenti də Qarabağda başlatdığı vasitəçilik təşəbbüsünə bu cür zərbə vurulmasından məmnun olmayacaq.
BAKU.WS
Oxşar xəbərlər
Lavrovun Sərkisyanla danışıqları çox gərgin keçib
Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana olduqca gərgin atmosferdə keçən səfəri başa çatıb. Aprelin 22-də axşama doğru İrəvanda anti-rusiya aksiyaları...