Sarkisyanın bağına hücum edildi - VİDEO

Sarkisyanın bağına hücum edildi - VİDEO
Video
Siyasət 2177
 

İrəvanda etirazçılar Ermənistan prezidenti Serj Sarkisyanın bağı kimi məşhur olan əraziyə hücum etmək istəyiblər. ANS PRESS-in məlumatına görə, polis etirazçıların bu addımının qarşısını yolunu kəsməklə ala bilib. Aksiya Baqramyan prospekti və Proşyana küçəsinin kəsişməsində baş tutub. Daha sonra etirazçılar oradan ölkə rəhbərliyi üçün nəzərdə tutulan malikanələrə - "hökumət bağları” adlanan əraziyə daxil olmağa cəhd ediblər.

Müdafiə və xarici işlərin nazirlərinin istefasının tələb edildiyi aksiya "Biz - ölkənin sahibiyik!" təşəbbüs qrupu tərəfindən təşkil edilib. Etirazçılar həmçinin Sarkisyanı Dağlıq Qarabağ ərazisinə sülhməramlıların yerləşdirilməsindən imtina etməyə çağırıblar.

Əraziyə çox sayda polis və xüsusi təyinatlılar cəlb edilib. Aksiyaçılar Sarkisyanın onlarla görüşməsini tələb ediblər. Onlar polisi "itaətsizlik aksiyaları” ilə hədələyiblər.

Prezident isə fəalların qarşısına çıxmayıb və onlar asayiş keşikçilərinin müşayiəti altında Azadlıq meydanına doğru yürüş ediblər.

Aksiya iştirakçıları dördgünlük müharibə zamanı erməni ordusunun və Ermənistan diplomatiyasının müvəffəqiyyətsizliyilə əlaqədar olaraq Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, Baş qərargah rəisi Yuri Xaçaturyan və onun müavini Aykaz Baqmanyanın istefasını tələb ediblər.

Cəbhə xəttində baş verən gərginliklərdən sonra məğlub vəziyyətə düşən Ermənistanda hakimiyyətə qarşı narazılıqlar artıb. Ermənistan əhalisi aprel məğlubiyyətinə görə, Serj Sarkisyanı və digər dövlət rəsmilərini günahladırırlar. Ermənistanda analoji aksiyalar aprelin 23-də də yaşanıb. İrəvan polisi Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına yürüş edənlərə güc tətbiq edərək aksiya iştirakçılarını qovub. Çoxlu sayda aksiya iştirakçıları saxlanılıb.

Aprelin 26-da isə İrəvanda "Sarkisyan get!”şüarı altında aksiya təşkil edilib.

Aksiya iştirakçıları narahat idilər ki, Sergey Lavrovun səfərindən sonra iqtidar Azərbaycanla Kazan sənədi barədə danışıqları davam etdirə bilər. Həmin sənəd isə digər bəndlərlə yanaşı, işğal edilmiş beş rayonun geri qaytarılmasını nəzərdə tutur. 

Aprel hadisələrindən sonra belə aksiyalar Rusiya əleyhinə də təşkil edilmişdi. Həmin vaxt onlar Rusiyanın Ermənistanı müdafiə etməməsindən şikayətlənirdilər. 

BAKU.WS

Son xəbərlər