Türkiyənin ən varlı adamı: "Anamın evində yaşayıram, evim yoxdur"
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin ən varlı adamı Murat Ülker açıqlaması ilə təəccübləndirib.
BAKU.WS xəbər verir ki, 5 milyard 400 milyon dollar sərvəti olan Murat anası ilə yaşadığını və başqa evi olmadığını bildirib.
"Anamın evində yaşayıram. Başqa yerdə evim yoxdur. Bütün övladlar eyni evdə qalırıq".
Xatırladaq ki, bir neçə gün əvvəl prestijli "Forbes" jurnalı Türkiyənin ən varlı adamlarının siyahısını açıqlayıb.
Murat Ülker5 milyard 400 milyon dollar sərvəti ilə siyahıya liderlik edib.
Digər yerlərdə isə Şaban Cemil 4 milyard 500 milyon dollar, Erman Ilıcak 3 milyard dollar, İpek Kıraç isə 2 milyard 800 milyon dollar qazancla qərarlaşıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...