Azərbaycanlılar Ermənistan prezidentinin yolunu kəsdilər (VİDEO)
06
apr
2016
15:14
Bu gün Almaniyada yaşayan azərbaycanlılar paytaxt Berlində etiraz aksiyası keçirib.
BAKU.WS məlumat verir ki, soydaşlarımız Almaniyanın paytaxtı Berlində Ermənistan prezidenti Serj Sarkisyanla Almaniya kansleri Angela Merkelin baş tutacaq görüşünə etiraz ediblər.
Aksiya iştirakçıları nazirliyin binasının qarşısına Azərbaycan, Türkiyə və Almaniya bayraqları ilə gəliblər. Onlar Azərbaycan, ingilis və alman dillərində şüarlar səsləndiriblər. Onlar Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu Sarkisyanın qulağına çığırıblar.
BAKU.WS
Oxşar xəbərlər
Almaniyada yaşayan azərbaycanlılar Sarkisyana qarşı nümayiş keçirəcəklər
Almaniyada yaşayan azərbaycanlılar Qarabağda baş verən gərginliklə əlaqədar olaraq nümayiş keçirəcək. BAKU.WS məlumat verir ki, bu haqda Almaniyada təhsil al...