Berlində Azərbaycan-Ermənistan qarşıdurması: separatçı Qarabağ rejiminə sərt etiraz (FOTO)
Almaniyanın paytaxtı Berlində keçirilən nüfuzlu "İTB Berlin" beynəlxalq turizm sərgisində qalmaqal yaşanıb.
BAKU.WS-in eksklüziv məlumatına görə, sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri turistləri cəlb etmək üçün öz ölkələrinin stendlərini qurublar. Erməni nümayəndələri isə qondarma Dağlıq Qarabağın stendini quraraq turistləri Qarabağa dəvət ediblər.
Ermənistanın nümayəndələrinin bu davranışı sərgidə iştirak edən həmvətənlərimizin etirazına səbəb olub. Azərbaycan tərəfi tələb edib ki, qondarma Dağlıq Qarabağ üçün quraşdırılan stend yığışdırılsın. Həmvətənlərimiz rəsmi Azərbaycan stendinin üzərini etiraz şüarları ilə örtərək etiraz ediblər.
Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке
Ayşən Ayxan
BAKU.WS
Oxşar xəbərlər
Ohanyan əsgərlərinə dəstək olmaq üçün Qarabağa gəldi
Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün işğal altında olan Dağlıq Qarabağa səfər edib. BAKU.WS Ermənistan KİV-ə istinadən xəbər verir ki, nazir, qond...