Merkelin iqamətgahında bomba həyəcanı
06
yan
2016
15:22
Almaniya kansleri Angela Merkelin iqamətgahında bomba həyəcanı yaşanıb.
BAKU.WS məlumat verir ki, nazirliyin binasının qarşısına 4 naməlum paket qoyulub. İqamətgahın işçiləri dərhal polisə zəng edərək hadisə yerinə çağırıb.
Hadisə yerinə gələn polis əməkdaşları binaya giriş və çıxışları bağlayıb. Polis paketlərin nə olduğunun araşdırıldığını, bomba mütəxəssislərinin də hadisə yerində olduğunu bildirib.
Həmin vaxt nazirliyin binasında hökumətin iclası keçiriləcəyi deyilsə də, iclasın keçirilib keçirilmədiyi haqda rəsmi məlumat verilməyib.
BAKU.WS
Oxşar xəbərlər
Metronun "Neftçilər" stansiyası yaxınlığında bomba həyəcanı
Bu gün saat 12:30 radələrində "Neftçilər" metrosu ətrafında bomba həyəcanı yaşanıb. BAKU.WS-in Musavat.com-a istinadla verdiyi məlumata görə, naməlum şəxs rabi...