Metronun "Neftçilər" stansiyası yaxınlığında bomba həyəcanı

Metronun Neftçilər stansiyası yaxınlığında bomba həyəcanı
Hadisə 1768

 

Bu gün saat 12:30 radələrində "Neftçilər" metrosu ətrafında bomba həyəcanı yaşanıb.

BAKU.WS-in Musavat.com-a istinadla verdiyi məlumata görə, naməlum şəxs rabitə qovşağından"102" xidmətinə zəng edərək, metro ətrafında bomba olduğunu və partlayacağını bildirib.

Hadisə yerinə dərhal polis əməkdaşları gəliblər.

Nizami Rayon Polis İdarəsi 24-cü və 25-ci bölmələrinin əməkdaşları "Magnit" ticarət mərkəzinin ətrafında olan şəxsi müəyyənləşdirmək üçün bütün obyektlərin təhlükəsizlik kamerasını nəzarətə götürüblər.

Hazırda proses davam etdirilir.

BAKU.WS

Oxşar xəbərlər

Türkiyə təyyarəsində bomba həyəcanı

Türkiyə təyyarəsində bomba həyəcanı

Nyu-Yorkdan Ankaraya uçan "Türk Hava Yollarına" (THY) məxsus təyyarə Kanadanın "Halifaks” hava limanında təcili eniş edib. BAKU.WS-in ANS PRESS-ə istinadla ve...

1317 Hadisə 12:21 22 noyabr 2015

Son xəbərlər