Tovuzda qatar kişini vuraraq öldürüb

Bu gün saat 19:30 radələrində qatar Qovlar-Tovuz sahəsində hərəkətdə olarkən qatarın qarşısına qəfil insan çıxıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.
"Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb, dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edən həmin şəxs dünyasını dəyişib", - məlumatda deyilir.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.
Oxşar xəbərlər
Bakıda ərini telefonla vurub öldürməkdə ittiham olunan qadına HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsi ərini ehtiyatsızlıqdan ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmaqda ittiham olunan qadının cinayət işi üzrə hökm çıxarıb....
