Lənkərandakı Dairəvi qalanın bərpası üçün satınalma proseduru başlanılıb

Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) bərpasına başlanılır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bərpa prosesi üçün satınalma prosesinə başlanılıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bir neçə il öncə qalanın dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb.
"Dairəvi qalanın bərpası ilə bağlı 2019-cu ildə ilkin layihə-smeta sənədləri hazırlanıb.
Ötən dövrdə tarixi abidədə təbii təsirlərdən baş verən dəyişiklikləri nəzərə alaraq, 2024-cü ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə əlavə layihə-smeta sənədləri hazırlanıb və aidiyyəti üzrə ekspertizadan keçirilib və hazırda qanunvericiliyə əsasən, satınalma prosedurlarına başlanılıb".
Oxşar xəbərlər
İranda casusluqda ittiham edilən iki Fransa vətəndaşına hökm oxunub
Tehran Məhkəməsi casusluq ittihamı ilə həbs edilən iki Fransa vətəndaşının işinə dair ilkin qərarını açıqlayıb. BAKU.WS "Azad İran" "Telegram" kanalına istinadə...
