Dənizkənarı Milli Parkda attraksionlar yenidən fəaliyyətə başladı

Dənizkənarı Milli Parkda attraksionlar yenidən fəaliyyətə başladı
Foto Video
Sosial 289

Bir neçə il əvvəl istismar müddəti başa çatdığı üçün Dənizkənarı Milli Parkda böyüklər üçün nəzərdə tutulmuş attraksionlar dayandırılmışdı. İndi isə bu əyləncə zonası yenilənmiş şəkildə fəaliyyətə başlayır.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi mediatur zamanı jurnalistlərə verilib.

Dənizkənarı Bulvar İdarəsinin həyata keçirdiyi yenidənqurma və bərpa işləri nəticəsində, attraksionlar tamamilə yeni tərtibatda və müasir dizaynda əvvəlki yerində ziyarətçilərin istifadəsinə verilib.

Yeni əyləncə zonasında ümumilikdə 5 attraksion fəaliyyət göstərir. Bütün qurğular texniki normalara və təhlükəsizlik reqlamentlərinə tam cavab verir. Hər gün texniki baxış həyata keçiriləcək.

Ziyarətçilərin rahatlığı üçün innovativ bilet sistemi də tətbiq olunub. Artıq kassalarla yanaşı bilet terminalları vasitəsilə də cəmi bir neçə toxunuşla bilet almaq mümkündür.

Hər attraksionun qiyməti 4 manat təşkil edir. Ərazidə həmçinin Bulvarın ümumi üslubuna uyğun yeni köşklər də quraşdırılıb.

Oxşar xəbərlər

Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib

Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlıq keçirilib

Bakıda 8 Noyabr - Zəfərin beşinci ildönümünə həsr olunmuş atəşfəşanlıq keçirilib. BAKU.WS report-a istinadən xəbər verir ki, Zəfər Günü ölkəmizin bütün bölgələr...

3491 Sosial 23:10 08 noyabr 2025

Son xəbərlər