Azərbaycanda nikahdan əvvəl tibbi müayinələrlə bağlı YENİ XƏBƏR

Azərbaycanda nikahdan əvvəl tibbi müayinələrlə bağlı YENİ XƏBƏR
Sosial 174

Azərbaycanda niKahdan əvvəl tibbi müayinələrin keyfiyyətinin artırılması istiqamətində yeni addım atılır.

BAKU.WS-in əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin Təminat Mərkəzi bu məqsədlə 1 milyon 287 min manat məbləğində laboratoriya reagentlərinin satın alınması üçün açıq tender elan edib.

Tenderin məqsədi "Nikah proqramı" çərçivəsində həyata keçirilən tibbi müayinələrin laborator təminatını gücləndirməkdir. Layihə xüsusilə HİV və sifilis (zöhrəvi xəstəliklər) üzrə analizlərin daha dəqiq və operativ aparılmasına yönəlib.

Qeyd edək ki, bu cür laborator reagentlər xəstəliklərin erkən mərhələdə aşkarlanması üçün vacibdir və müayinə nəticələrinin etibarlılıq səviyyəsini xeyli artırır.

Xatırladaq ki, Azərbaycanda nikaha daxil olan şəxslər qanunvericiliyə əsasən HİV, hepatit və irsi qan xəstəlikləri üzrə müayinədən keçməlidirlər. Son illərdə bu proqramın əhatə dairəsinin genişləndirilməsi, laborator avadanlıqların yenilənməsi və reagent təminatının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılır.

Son xəbərlər