Sabah Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq

Sabah Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq
Siyasət 63

Sabah Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, sabah Britaniya saatı ilə təxminən 12:30 radələrində yeni baş nazirin adı açıqlanacaq.

Vəzifəyə hazırkı xarici işlər naziri Liz Trass və ya keçmiş maliyyə naziri Rişi Sunak seçiləcək.

Qalib Mühafizəkarlar partiyasının üzvləri arasında keçirilən səsvermə yolu ilə müəyyən edilir.

Partiyanın üzvləri Böyük Britaniya əhalisinin 1%-dən azını təşkil edir.

Boris Consonun istefasının isə bir gün sonra, 6 sentyabrda kraliçaya elan ediləcəyi gözlənilir.

96 yaşlı kraliça vəzifədən gedən baş naziri Şotlandiyadakı qəsrində qəbul edəcək. O, yeni seçiləcək baş naziri də burada qəbul edəcək.

Xatırladaq ki, Kraliça Elizabetin 70 illik hakimiyyəti dövründə 14 baş nazir olub.

Son xəbərlər