Rusiya səfiri: Ermənistan seçim etməlidir

"Ermənistan eyni vaxtda Avrasiya İqtisadi İttifaqının (Aİİ) və Avropa İttifaqının (Aİ) üzvü ola bilməz, ölkə seçim etməlidir".
"Report"un məlumatına görə, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin yerli "24News" portalına müsahibəsində deyib.
"Əvvəlcə Rusiya tərəfi bütün nöqtələri qoymuşdu: ya Aİ, ya da Aİİ, hər ikisində olmaq mümkün deyil.
Bu, Rusiya tərəfinin mövqeyi deyil, obyektiv reallıq məsələsidir, çünki dövlət eyni vaxtda iki gömrük ittifaqının üzvü ola bilməz"-deyə, o, qeyd edib və Rusiya baş nazirinin müavini Aleksey Overçukun "Ermənistanın Aİ-yə daxil olması Titanikə bilet almaq kimidir" sözlərini xatırladıb.
Rusiya diplomatik missiyasının rəhbərinin sözlərinə görə, Ermənistanın Aİİ və Rusiya ilə əməkdaşlığı ölkənin iqtisadi inkişafının əsas amillərindən biridir, bunu statistika da sübut edir:
"Avropa İttifaqında nələrin baş verəcəyi gələcək göstərəcək. Hələlik Ermənistanla Aİ arasında ticarət dövriyyəsinin dinamikası mənfidir. Bütün hallarda bu seçimin respublikanın suveren hüququdur".
Qeyd edək ki, fevralın 12-də Ermənistan parlamenti ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanun layihəsini birinci oxunuşda qəbul edib.
Oxşar xəbərlər
Ceyhun Bayramov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadir İmam ilə...
