Rusiya Ermənistana silah göndərməyə başladı
Rusiya Ermənistana ayırdığı 200 milyon dollar kredit çərçivəsində olan silahları göndərməyə başlayıb. ANS PRESS-in məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Seyran Ohanyan bildirib.
Ermənistanın birinci kanalına müsahibəsi zamanı o bildirib ki, silahların çatdırılması üçün hazırlıq işləri aparılıb. Silahların bir hissəsi artıq çatdırılmağa başlanılıb.
Silah tədarükünün hansı səbəbdən uzadılması sualını cavablandıran nazir bildirib ki, silah almaq üçün nağd pul ödəmək başqa məsələdir, bunu dövlətlərarası kredit çərçivəsində həyata keçirmək tamam başqa.
Ötən ilin iyul ayında Ermənistan parlamenti Rusiyadan silah alınması məqsədilə bu ölkə ilə kredit müqaviləsini təsdiqləyib. Bu kredit əlverişli şərtlər əsasında yeni silahların həm də Rusiyadakı yerli qiymətlərlə alınmasına imkan verməli idi.
Bu müqavilə Ermənistan və Rusiya hökumətləri arasında iyunun 26-da İrəvanda imzalanıb. 200 milyon dollarlıq kredit ancaq faiz ödəməklə üç illik müddət əsasında verilməlidir və sonrakı 10 ildə hissə-hissə qaytarılmalıdır.
BAKU.WS
Oxşar xəbərlər
Rusiya Ermənistana silah satışını baş çatdırandan sonra nə baş verəcək?
Ermənistanın 200 milyon dollarlıq kredit hesabına Rusiyadan aldığı silah-sursatın nə zaman ünvana çatdırılacağı hələ məlum deyil. Bu məsələ aprel döyüşlərindən...