Ronaldunun anası Roma Papasına oğlunun formasını hədiyyə etdi
09
fev
2022
22:13
İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən portuqaliyalı futbolçu Kriştianu Ronaldunun anası Dolores Aveyru Roma Katolik Kilsəsinin başçısı Papa Fransisklə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, Roma papasına oğlunun yığmada geyindiyi formanı hədiyyə edib.
Bununla bağlı şəxsi instaqram səhifəsində paylaşım edən Aveyru "Unikal emosiyalara görə təşəkkür edirəm" yazıb.
Qeyd edək ki, Ronaldu bu mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 19 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Ağır əməliyyat keçirən Papa Fransisk vəzifəsindən getməyə hazırlaşır
Dekabr ayında 85 yaşı tamam olacaq Roma Papası Fransisk səhhəti ilə əlaqədar olaraq vəzifəsindən gedə bilər. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barə...