Papa seks və yeməyi "ilahi ləzzətlər" adlandırıb

Papa seks və yeməyi ilahi ləzzətlər adlandırıb
Siyasət 364

Roma Papası Fransisk hesab edir ki, sevdiyi şəxslə cinsi əlaqədə olmaq və xoşladığın yeməkləri yemək ilahi ləzzətlər sayılır.

BAKU.WS xəbər verir ki, bu barədə RTE telekanalı Papanın bəyanatlarının yayımlandığı "TerraFutura" kitabına istinadən məlumat yayıb.

"Zövq birbaşa Tanrıdan gəlir. O nə katolikdir, nə xristiandır, nə də başqa bir şey, sadəcə ilahidir", - deyə kitabda qeyd olunur.

Pontifikə görə, kilsə həmişə qeyri-insani, kobud və ədəbsiz zövqü qınasa da, əvəzində sadə, insani və əxlaqi zövqləri təqdir edib.

Roma Katolik Kilsəsinin rəhbərinin fikrincə, hissləri inkar edən əxlaq xristianlığın mesajı ola bilməz. Cinsi ləzzət sevgiyə gözəllik bəxş edir və nəslin artmasına zəmanət verir, yeməkdən alınan zövq isə insan sağlamlığına xidmət edir.

Oxşar xəbərlər

Onu həbs etmək,  məhkəməyə çağırmaq, şahid kimi cinayət işinə cəlb etmək olmaz

Onu həbs etmək, məhkəməyə çağırmaq, şahid kimi cinayət işinə cəlb etmək olmaz

Hazırda kraliça II Yelizavetanın ailəsinin yeni üzvü, əsmər gözəl Meqan Marklla olan münasibəti hər kəsin müzakirə mövzusudur. Hətta ölkəmizdə onları "Qayınana"...

1635 Siyasət 14:51 01 aprel 2020

Son xəbərlər