Roma Papası Azərbaycan və Ermənistan arasında sülh üçün hər kəsi dua etməyə çağırıb

Roma Papası Azərbaycan və Ermənistan arasında sülh üçün hər kəsi dua etməyə çağırıb
Siyasət 63

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında gərginliyin sülh yolu ilə tənzimlənməsi üçün hər kəsi dua etməyə çağırıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə Papa Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən mərasimdə çıxışı zamanı deyib.

"Narahatlıqla öyrəndim ki, bu saatlarda Qafqaz regionunda yeni gərginlik ocaqları alovlanıb. Hər kəsi sülh üçün dua etməyə çağırıram. Dua edək ki, razılaşma fitnədən üstün olsun", - o bildirib.

Qeyd edək ki, Roma Papası Fransisk Qazaxıstanda səfərdədir. O, Dünya və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayında iştirak edir.

Oxşar xəbərlər

Roma Papası Ukrayna gərginliyinə reaksiya verdi

Roma Papası Ukrayna gərginliyinə reaksiya verdi

Roma Papası Fransisk Ukrayna və onun xalqına dəstəyini ifadə edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, pontifik ənənəvi çıxışı zamanı Ukrayna ətrafında...

96 Siyasət 18:30 12 dekabr 2021

Son xəbərlər