Roma Papası Ukrayna gərginliyinə reaksiya verdi

Roma Papası Ukrayna gərginliyinə reaksiya verdi
Siyasət 96

Roma Papası Fransisk Ukrayna və onun xalqına dəstəyini ifadə edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, pontifik ənənəvi çıxışı zamanı Ukrayna ətrafında yaranmış gərginliyi beynəlxalq dialoq yolu ilə həll etməyə çağırıb.

Papa təəssüflə bildirib ki, 2021-ci ildə dünyada 2020-ci ildən daha çox silah istehsal edilib.

“Mən əziz Ukrayna, onun bütün kilsələri, dini icmaları və bütün xalq üçün dua edirəm ki, mövcud gərginlik silahla deyil, ciddi beynəlxalq dialoq yolu ilə həll olunsun. Qoy bu Milad bayramı Ukraynaya sülh gətirsin”, - Fransisk bildirib.

Oxşar xəbərlər

Ağır əməliyyat keçirən Papa Fransisk vəzifəsindən getməyə hazırlaşır

Ağır əməliyyat keçirən Papa Fransisk vəzifəsindən getməyə hazırlaşır

Dekabr ayında 85 yaşı tamam olacaq Roma Papası Fransisk səhhəti ilə əlaqədar olaraq vəzifəsindən gedə bilər. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barə...

105 Siyasət 18:12 23 avqust 2021

Son xəbərlər