Papa Fransisk İraqın Nəcəf şəhərində Ayətullah Sistani ilə görüşüb
İraqda səfərdə olan Roma Papası Fransisk Nəcəf şəhərində bu ölkədəki şiələrin lideri Əli əl-Sistani ilə görüşüb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, dini liderlər dinlərarası dialoq və tolerantlıq məsələlərini müzakirə ediblər.
“Reuters” agentliyinin xəbərində isə qeyd edilir ki, bundan əvvəl müsəlman ölkələrindən Azərbaycan, Türkiyə, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Fələstinə səfər etdiyini diqqətə çatdıran Papa Fransisk dinlər arasında dialoqun əhəmiyyətini vurğulayıb.
Ərəb mətbuatı yazır edir ki, adətən heç bir görüş keçirməyən 90 yaşlı Əli əl-Sistani özünün İmam Əli ziyarətgahının yaxınlığında yerləşən evində Roma Papası ilə görüşə heç bir hökumət nümayəndəsinin iştirakı olmamaq şərti ilə razılıq verib.
Görüşdən sonra dini liderlər müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs olan İbrahim Peyğəmbərin dünyaya gəldiyi qədim Babilistanın Ur şəhərinin xarabalıqlarını ziyarət ediblər.
Oxşar xəbərlər
Fransa prezidenti Ayətullah Sistani ilə görüşəcək
Fransa prezidenti Emmanuel Makron İraqa rəsmi səfəri çərçivəsində ölkənin nüfuzlu din xadimi Ayətullah Əli Sistani ilə görüşəcək. BAKU.WS xəbər verir ki, bu bar...