Qazaxıstanda 34 aviareys təxirə salınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan yenidən soyuq hava silklonlarının əsarəti altına düşüb. Paytaxtdakı "Nursultan Nazarbayev" beynəlxalq hava limanında güclü fırtına səbəbindən 34 aviareys təxirə salınıb.
BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, “Türk Hava Yolları”nın Nur-Sultan-İstanbul, “FlyDubai” aviaşirkətinin Nur-Sultan-Dubay, “Lufthansa” hava yollarının Nur-Sultan-Frankfurt, “Aeroflot” hava yollarının isə Nur-Sultan-Moskva istiqamətində reysləri təxirə salınıb. Həmçinin qeyri-sabit hava şəraiti ilə əlaqədar nəqliyyatın bütün növləri üçün yollarda hərəkət bağlanıb. Paytaxt Nur-Sultanda qar yağıntısı və güclü çovğun başlayıb. Sinoptiklərin proqnozlarına görə, yaxın 3 gün ərzində güclü qar yağıntısı gözlənilir.
Oxşar xəbərlər
Dünya bu görüntüdən danışır: Sultan şahzadənin əlini sıxmadı - VİDEO
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Omanın yeni Sultan Heysəm bin Tariq bin əl-Səidə başsağlığı vermək məqsədilə ölkəyə səfər...