Brüsseldə aviareyslər ləğv olunub: yollarda 900 kilometrlik tıxac yaranıb
11
dek
2017
19:30
Brüsselin “Zaventem” beynəlxalq aeroportu sərnişinləri xüsusi məlumat almadan dekabrın 11-ə planlaşdırılan və güclü qar səbəbindən ləğv olunan reyslərə gəlməməyə çağırıb.BAKU.WS-in məlumatına görə, hava limanının nümayəndələri qarın qrafiki pozmasına hazır olduqlarını, uçuş zolaqlarının təmizlənməsi və hazırlanması üçün lazımi addımlar atdıqlarını bildiriblər. Bu səbəbdən aeroport müvəqqəti olaraq bağlanıb, həmçinin reyslər ləğv olunub və ya gecikib.Belçikada gecə yağışlarını əvəz edən qar səbəbindən avtomobil tıxaclarında milli rekord müəyyən olunub – onların uzunluğu 900 kilometri ötüb.Xatırladaq ki, güclü qar Avropanın bir sıra digər iri şəhərlərində də nəqliyyatın hərəkətində ciddi çətinliklər yaradır. Britaniya paytaxtının əsas hava limanı olan Hitrouda aviareyslər böyük ləngimələrlə həyata keçirilir. Almaniyanın maliyyə paytaxtı Frankfurtda 300-dən çox aviareys ləğv olunub, Düsseldorf şəhərinin hava limanı dörd saat bağlı qalıb.BAKU.WS
Oxşar xəbərlər
Rusiyaya yağan güclü qar Moskva-Bakı aviareyslərində gecikmə yaradıb
Moskva şəhərindən Bakıya uçmalı olan iki aviareys hava şəraitinin pis olması səbəbindən gecikir.BAKU.WS “Report”a istinadən xəbər verir ki, "Şeremetyevo" hava l...