Rusiyaya yağan güclü qar Moskva-Bakı aviareyslərində gecikmə yaradıb
02
dek
2017
09:29
Moskva şəhərindən Bakıya uçmalı olan iki aviareys hava şəraitinin pis olması səbəbindən gecikir.BAKU.WS “Report”a istinadən xəbər verir ki, "Şeremetyevo" hava limanının uçuş cədvəlinə istinadən xəbər verir ki, "SU 1852" və "DL 9098" saylı Moskva-Bakı aviareysləri Bakı vaxtı ilə 01:45-də havaya qalxmalı və 04:10-da paytaxta eniş etməli idilər.Reyslərdən biri "Aeroflot" ("Airbus A321"), digəri isə "Delta Airlines" hava şirkətləri tərəfindən həyata keçirilir.Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, hər iki təyyarə Bakı vaxtı ilə 04:10-da Bakıya yola düşəcək və səhər saat 07:15 radələrində paytaxta eniş edəcək.Hazırda "Şeremetyevo" aeroportu hava şəraitinə uyğun olaraq işləyir, qarın təmizlənməsi üçün eniş-uçuş zolaqlarının bağlanması səbəbindən hava limanında uçuşu gözləyən təyyarələrin növbəsi yaranıb.Aeroportun aviadispetçer xidmətindəki mənbənin məlumatına görə, yaranmış hava şəraiti ilə əlaqədar olaraq "Şeremetyevo" hava limanı hava şəraitinə uyğun olaraq fəaliyyət göstərir. Bir saat ərzində adi vaxtlarda həyata keçirilən 55 uçuş-eniş əməliyyatı əvəzinə təqribən 20-si reallaşdırılır.BAKU.WS
Oxşar xəbərlər
Moskva-Bakı aviareysi yubanır
Bakıda 23:30-da enişi gözlənilən Moskva (Vnukovo)-Bakı (J2 810) aviareysini yerinə yetirən təyyarə yubanır. BAKU.WS bildirir ki, bu barədə Trend-ə Heydər Əliyev...