Rəcəb Tayyib Ərdoğan: “Rusiya, ABŞ və Fransa Ermənistanın tərəfini tutur”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Şırnakda keçirilən 7-ci Qurultayında Azərbaycanın torpaqlarını azad etməsi uğrunda mübarizəsindən bəhs edib.
“Haber Global” məlumat verir ki, o, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistanın tərəfini tutduğunu deyib:
“Bu Minsk Üçlüyü kimdir: Rusiya, ABŞ və Fransa... Rusiya, ABŞ və Fransa azərbaycanlı qardaşlarımızın torpaqlarını onlara vermədi”.
O qeyd edib ki, azərbaycanlı qardaşlarımız torpaqlarını ermənilərdən azad etmək üçün mübarizə aparırlar:
“Rəbbim onlara kömək etsin. İnanıram ki, işğal olunmuş torpaqları ermənilərdən alacaqlar və xilas edəcəklər”.
Oxşar xəbərlər
“Rəbbim, mənə kömək et” - Gəncə terroru türk mətbuatında - VİDEO
Türkiyə mətbuatı ermənilərin bu gecə Gəncədə törətdiyi terror aktından yazıb. BAKU.WS türk mətbuatına istinadən xəbər verir ki, “Rəbbim, mənə kömək et” deyərək...