Ərdoğanla Avropa Komissiyasının sədri arasında onlayn görüş olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının sədri Ursula Von der Leyen arasında onlayn görüş keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb. Bildirilir ki, görüşdə Türkiyə-Avropa İttifaqı əlaqələri və regional məsələlər müzakirə olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Şərqi Aralıq dənizi məsələsinin təməlində Yunanıstanın və Kiprin yunan icmasının maksimalist iddialarla Türkiyənin və Kiprin türk toplumunun haqlarını saymaq istəməməsi dayanır.
Problemlərin həlli üçün hər zaman dialoq tərəfdarı olan Türkiyənin Yunanıstan ilə görüşlərə hazır olduğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan diplomatiya yolu ilə qazanılan fürsətin Yunanıstan tərəfindən də dəyərləndirilməsinin vacibliyini bildirib.
Türkiyə dövlətinin başçısı qeyd edib ki, Türkiyə-Avropa İttifaqı arasında anlaşmanın yenilənməsi, Gömrük Birliyinin yenidən gündəmə gətirilməsi və vizaların sadələşdirilməsi istiqamətində atılacaq addımlar əlaqələrin inkişafına zəmin yaradacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan qaçqınlar məsələsində ədalətli və məsuliyyətli olmağın vacibliyini də diqqətə çatdırıb.
Oxşar xəbərlər
Ərdoğanla Merkel arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub. BAKU.WS-in məlumatına görə, danışıqlar zamanı tər...