Ərdoğan: “Ermənistan ağır məğlubiyyətə düçar olub”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfəri zamanı jurnalistlərə müsahibə verib.
BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, Türkiyə rəhbəri müsahibə zamanı Qarabağ döyüşlərinə də toxunub. R.T.Ərdoğan bildirib ki, Ermənistan ağır məğlubiyyətə düçar olub.
“Azərbaycan Ermənistanın quldurluqla işğal etdiyi torpaqları azad edir. Ermənistan ağır məğlubiyyətə düçar olandan sonra Türkiyənin münaqişəyə cəlb olunduğunu iddia edir. Bu, Ermənistanın küncə sıxışdığının və çarəsizliyinin sübutudur”, - deyə R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan oktyabrın 7-də Küveyt və Qətərə birgünlük səfər edib.
Oxşar xəbərlər
Ermənistanın təxribatları dünya mediasında işıqlandırılmağa davam edir
1 oktyabr tarixində BBC World Radionun “Newsday” proqramında səfir Elin Süleymanovun müsahibəsi baş tutub. Azərbaycanın ABŞ-dakı Səfirliyindən BAKU.WS-ə verilən...