Ərdoğanla Merkel arasında mübahisə düşdü - VİDEO

Ərdoğanla Merkel arasında mübahisə düşdü - VİDEO
Video
Siyasət 4317
 

Ankarada səfərdə olan Almaniyanın federal kansleri Angela Merkellə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mübahisə düşüb. 

BAKU.WS xəbər verir ki, Merkel mətbuat konfransında İŞİD-dən bəhs edərkən "islamist terror” ifadəsi işlətməsi Ərdoğanın etirazına səbəb olub. "İslamist terror ifadəsi biz müsəlmanları ciddi şəkildə üzür. Belə bir ifadədən istifadə olunması doğru deyil. Çünki islamla terror bir araya gələ bilməz. İslam sözünün mənası sülhdür. Bu sözdən lütfən istifadə etməyək. İstifadə edilsə, biz buna qarşı çıxacağıq, çünki səssiz qalmaq bunu qəbul etmək olar. Mən bir müsəlman prezident olaraq bunu əsla qəbul edə bilmərəm”, – deyə R. T. Ərdoğan söyləyib.

A. Merkel isə cavab olaraq "islamist” sözü ilə "islami” sözü arasında fərq olduğunu vurğulayıb: "Din azadlığı mənim üçün çox önəmlidir və bunu demokratiyanın bir parçası olaraq görürəm. Almaniyada müsəlmanların öz ibadətlərini azad şəkildə yerinə yetirmələri üçün əlimizdən gələni edirik. İslamist sözü ilə islami sözü arasında fərq var”.

Ərdoğanın iradlarına baxmayaraq Merkel Türkiyənin baş naziri Binəli Yıldırımla keçirdiyi mətbuat konfransında da eyni ifadəni işlədib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər