Ərdoğandan İlham Əliyevin jestinə cavab: "Azərbaycan qara günün dostudur"

Ərdoğandan İlham Əliyevin jestinə cavab: Azərbaycan qara günün dostudur
Siyasət 3355

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransı keçirib.

BAKU.WS-in məlumatına görə, Ərdoğan çıxışında Ankarada baş verən terror hadisəsindən danışıb. Prezident bildirib ki, Kızılay meydanın törədilən terror aktı Türkiyədəki 79 milyon insanın hamısına edilmiş hücumdur:

"Bu terror aktını törədənlər cani və alçaq üzünü bir dəfə daha göstərib. Hücumun hədəfi, millətimiz arasına qorxu salmaq, Türkiyəni hədəfindən, müqəddəs yerişindən, iddialarından döndərməkdir. Amma bunu əsla bacara bilməyəcəklər, bu, mümkün deyil. Terroru maşa olaraq istifadə edərək günahsızların qanları üzərindən hesab görmək istəyənlər Türkiyəyə əsla diz çöktürə bilməyəcəklər. Tam əksinə özləri diz çökəcəklər".

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Ankaradakı terror aktından dərhal sonra göstərdiyi birlik bərəbarəlik addımı bu ölkənin qara gün dostu olduğunu göstərib: "Terrora dəstək verməyi, terroristə arxa olmağı "azadlıq" deyə təqdim edənlər, daha cənazələrimiz dəfn edilmədən siyasi divident arxasınca qaçanlar bu qardaşlıq mesajından lazımlı dərsi almalıdırlar. Bu cür hadisələr və verilən reaksiyalar əsl məsələnin ruh və könül birliyi olduğunu açıqca ortaya qoyur". 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Ərdoğanın Bakı səfəri təxirə salınmayacaq (RƏSMİ)

Ərdoğanın Bakı səfəri təxirə salınmayacaq (RƏSMİ)

"Paytaxt Ankara şəhərində terror törədilməsinə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana martın 15-nə nəzərdə tutulan səfəri gündəlikdə...

1399 Siyasət 10:43 14 mart 2016

Son xəbərlər