Ərdoğan: Marmarisdə qaldığım yeri bombalayıblar

Ərdoğan: Marmarisdə qaldığım yeri bombalayıblar
Siyasət 1328

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Atatürk Hava Limanında ölkədəki hərbi çevriliş cəhdi ilə əlaqədar bəyanat verib.

"Biz bu müqəddəs işə başımızı qoymuşuq. Bu yola kəfənlə çıxmışıq. Mən Marmarisdə idim. Oradan ayrıldıqdan sonra qaldığım yeri bombalayıblar. Siz bizim əsgərimizsiniz. Millətin silahları ilə milləti vururlar. Sizə verilən silahlarla millətimizi nişan alsanız, əvəzini ödəyəcəksiniz. Ordumuz təmizdir, silahlı qüvvələrimizin tərtəmiz adına ləkə gətirilməməlidir”, - Ərdoğan deyib.

 Dövlət başçısı həbslərin başlandığını və bunun davam edəcəyini söyləyib.

"Biz vəzifəmizin başındayıq. Sonuna qədər bu missiyamızı yerinə yetirəcəyik. Sonu yaxşı olacaq”, - Türkiyə prezidenti vurğulayıb.

BAKU.WS

Oxşar xəbərlər

Ərdoğan qiyama görə tətildən yarımçıq döndü

Ərdoğan qiyama görə tətildən yarımçıq döndü

Türkiyə Prezienti Rəcəb Tayyib Ərdoğan hərbi qiyama görə Bodrumdakı məzuniyyətini yarımçıq saxlayaraq İstanbula qayıdıb. BAKU.WS xəbər verir ki, Dalamandan h...

1349 Siyasət 05:03 16 iyul 2016

Son xəbərlər